02/11/2018 22:26

ROKETSAN “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsalına başlayır

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) ilə ROKETSAN şirkəti arasında “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsalına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə SSB-dən məlumat verilib.

Raketin istehsalı ROKETSAN, atış-kontrol sistemləri və digər cihazları isə ASELSAN şirkəti tərəfindən istehsal ediləcək.

Səthdən-səthə İdarə Olunan Raket Tədarükü proqramı çərçivəsində yaradılmış “Atmaca” Türkiyənin ilk dəniz raketidir.

“Atmaca” gəmi əleyhinə qanadlı raketləri Türkiyə Dəniz Qüvvələrinin MİLGEM platformalarının silahlanmasına daxil ediləcək.