20/11/2019 13:13

ROKETSAN “Dubai Airshow-2019” sərgisində iştirak edir

Türkiyənin ROKETSAN şirkəti 17-21 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2019” beynəlxalq aviasiya sərgisində iştirak edir.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Sərgidə ROKETSAN-ın stendini BƏƏ, Azərbaycan, Banqladeş, Cənubi Koreya, Nigeriya, Macarıstan, Malayziya, Mavritaniya, Pakistan və Rumıniyadan olan yüksək səviyyəli nümayəndə heyəti ziyarət edib, nümayiş etdirilən silah sistemləri barədə məlumat alıblar.