26/07/2019 14:18

ROKETSAN dünyanın müdafiə sənayesi şirkətləri sırasında 7 pillə irəliləyib

Türkiyənin ROKETSAN şirkəti dünyanın ilk 100 müdafiə sənayesi şirkəti (Defense News Top-100) siyahısında 7 pillə yüksələrək 89-cu sırada qərarlaşıb.

ROKETSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, “Defense News” nəşri tərəfindən hər il yayımlanan “Defense News Top-100” siyahısında ROKETSAN müdafiə sənayesi gəlirlərini 39% artıraraq ötən il yer aldığı 96-cı sıradan 89-cu sıraya yüksəlib.

Dünyanın “Top-100” siyahısına 2017-ci ildə 98-ci yerlə daxil olan ROKETSAN sıralamadakı yüksəlişni davam etdirir.

ROKETSAN şirkətinin baş direktoru Səlcuk Yaşar bildirib ki, ROKETSAN üçün bu il dünyanın 100 müdafiə sənayesi şirkəti sıralamasında yer alan 5 Türkiyə şirkətindən biri olmaq böyük qürurvericidir: “2700-dən çox ixtisaslı işçi heyəti, innovativ yanaşma, Ar-Ge və kosmosa müstəqil giriş üçün görülən işlər ilə milliləşdirmə və beynəlxalq sektordakı mövqeyimizi möhkəmləndirmək istiqamətində möhkəm addımlarla irəliləyirik. Gələcək illərdə inkişaf etdirdiyimiz yüksək texnoloji milli məhsullar sayəsində müdafiə sənayesinə daha çox töhfə verəcəyik”.