04/06/2018 13:42

ROKETSAN “Patriot” raketlərinin kontrol avadanlıqlarının istehsalını davam etdirəcək

Türkiyənin ROKETSAN və ABŞ-ın “Raytheon” şirkətləri arasında Patriot proqramı çərçivəsində növbəti müqavilə imzalanıb.

ROKETSAN şirkətində “AzeriDefence”yə verilən məlumata görə, müqaviləyə əsasən ABŞ-ın “Patriot” GEM-T (Guidance Enhanced Missile-Tactical) idarə olunan zenit raketlərinin kontrol avadanlığını ROKETSAN istehsal edəcək.

Bildirilib ki, 2009-cu ildən davam edən ROKETSAN-“Raytheon” strateji ortaqlığı sayəsində Patriot proqramı çərçivəsində, bundan əvvəl üç fərqli layihə uğurla həyata keçirilib.

Ötən müddət ərzində “Raytheon” tərəfindən üst-üstə 8 il “Mükəmməl tədarükçü mükafatı” ilə mükafatlandırılan ROKETSAN 2017-ci il ərzində göstərdiyi performansa görə, 9-cu dəfə eyni mükafata layiq görülərək, 2-ci dəfə 4 ulduz kateqoriyasında mükafat alıb.

“2017 Mükəmməl tədarükçü mükafatı” bu il mayın 17-də ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində keşirilən mərasimdə “Raytheon IDS”in direktor müavinləri Steve Murphy və John Bergeron tərəfindən ROKETSAN İdarə Heyəti sədrinin müavini və OES Grup rəhbəri Hayri Torun və Patriot CSA proqramının layihə rəhbəri Anıl Karaçaya təqdim edilib.