03/04/2018 10:42

ROKETSAN şirkəti PUA-lar üçün MAM-C raketinin seriyalı istehsalına başlayır

Türkiyənin ROKETSAN şirkəti pilotsuz uçuş aparatlarının silahlandırılması üçün “Cirit” lazer yönləndirməli idarə olunan raketin yeni versiyasının seriyalı istehsalına başlayır.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Sənayesi Katibliyi özünün sosial media hesabında məlumat yayıb.

Yeni sursat MAM-C adlanır.

Qeyd edək ki, MAM-C raketi sələfi “Cirit”dən ölçüsünə görə daha kiçikdir. Lakin raketin ümumi xarakteriskaları dəyişməyib. MAM-C versiyası pilotsuz uçuş aparatlarından atılmaq üçün nəzərdə tutulub.

Hazırda Türkiyə və BƏƏ ordularının silahlanmasında yer alan 2.75” (70 mm) çaplı “Cirit” raketi müxtəlif platformalardan atıla bilir. Raketin ağırlığı 15 kq, mənzili 8 km-dən çoxdur.