04/01/2018 14:48

ROKETSAN SOM-B1 raketlərinin ilk partiyasını sifarişçiyə təhvil verib

Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan SOM-B1 “hava-yer” raketlərinin ilk partiyası sifarişçiyə təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) rəsmi “Twitter” səhifəsində bildirilib.

SOM-B1 raketlərinin böyük paket sifarişinin ilk 7 ədədi adı açıqlanmayan şifarişçiyə çatdırılıb.

Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin atış mənzili 250+ km təşkil edir.

Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur.