20/07/2018 16:31

ROKETSAN və “Thales” şirkətləri arasında anlaşma memorandumu imzalanıb

Türkiyənin ROKETSAN şirkəti ilə Fransanın “Thales” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

“AzeriDefence”nin ROKETSAN-a istinadən verdiyi məlumata görə, anlaşma memorandumunun imzalanma mərasimi 16-22 iyul tarixlərində Böyük Britaniyada keçirilən “Farnborough Airshow-2018” sərgisinin ikinci günündə olub.

Sazişə əsasən ROKETSAN ilə “Thales” enerji sistemləri üçün yeni həllərin birgə istehsalını həyata keçirəcəklər. Son illər sıx əlaqələr yaratmağa çalışan iki şirkət, yeni iş imkanları ilə beynəlxalq bazarlara birgə üz tutacaqlar.