22/05/2019 14:32

ROKETSAN yeni lazer silahını sınaqdan keçirib

Türkiyənin ROKETSAN şirkətinin hazırladığı ALKA adlı lazer silah sisteminin sınaqları keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, ALKA lazer silah sisteminin testləri uğurla nəticələnib. Silah sistemi hədəfi tam dəqiqliklə təsirsiz hala gətirib.

Elektromaqnit enerjini və lazer enerjisini müəyyən bir sahəyə yönləndirə bilən ALKA elektromaqnit qarışdırma qabiliyyəti sayəsində tək və sürü halında uçan dronların funksional olaraq qarşısının alınmasını həyata keçirə bilir. Bundan başqa lazer silah sistemi əldəqayırma partlayıcıları da məsafədən məhv edir.

Gecə/gündüz şərtlərində istifadə olunan ALKA hədəfə işıq sürətində reaksiya göstərir. ALKA istifadəçinin ehtiyaclarına görə, mobil və ya sabit olaraq istifadə oluna bilir.