18/05/2012 05:51

Rosoboroneksport “HeliRussia-2012” sərgisində

Rosoboroneksport şirkəti bu gün Moskva şəhərində işə başlamış “HeliRussia-2012” sərgisində müxtəlif hərbi təyinatlı helikopterlərini nümayiş etdirir. Bu barədə “AzeriDefence”yə Rosoboroneksport şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, son illərdə helikopter bazarında artım müşahidə olunur. Döyüş və hərbi-nəqliyyat helikopterlərinə təlabat artır. Bu səbəbdən Rosoboroneksport dünyanın müxtəlif regionlarına müasir helikopterlərin çoxsaylı növlərini təqdim edir.

Rosoboroneksport “HeliRussia-2012” sərgisində Mi-17 tipli hərbi-nəqliyyat, Mi-35M və Mi-35P tipli nəqliyyat-döyüş helikopterləri, Mi-28N və Ka-52 döyüş, Mi-26T2 ağır nəqliyyat, həmçinin Ka-226T və digər helikopterləri iştirakçılara təqdim edir.