06/01/2017 14:44

RPK-16 RPK-74 əl pulemyotunu əvəzləyəcək

Rusiyanın “Kalaşnikov” Dövlət Şirkəti yeni yüngül həcmli əl pulemyotunun seriyalı istehsalına başlayır.

Bu barədə “AzeriDefence” şirkətin mətbuat xidmətinə istinadən məlumat verib.

Rusiya Müdafiə Nazirliyi ordunun silahlanması üçün “Kalaşnikov” şirkətinə RPK-16 yüngül əl pulemyotu sifariş edib.

Müqaviləyə əsasən “Kalaşnikov” ilk partiyanı 2017-ci il ərzində sifarişçiyə təhvil verəcək.

RPK-16 yeni əl pulemyotu 5,45 mm x 39 çaplı patronlardan atəş açır. RPK-16 konstruksiyasının və lüləsin kiçikliyinə görə fərqlənir və hücum variantında lülənin daha qısası ilə əvəzlənməsi imkanı mövcuddur.

Bunun üçün silaha 96 patron tutumlu yeni daraq hazırlanıb. Bu daraq eyni zamanda “Kalaşnikov” avtomatlarında da istifadə oluna bilər.

RPK-16 əl pulemyotu uzunluğu tənzimlənən qundağa malikdir. Silahın lülə qutusunun üzərində və alt qismində pikkatini xətti yerləşdirilib.

Əl pulemyotu açılıb yığılan, eyni zamanda dayaq kimi istifadə olunan modul dəstlə komplektləşdirilib.

Məlumatda o qeyd olunub ki, RPK-16 1974-ci ildən silahlanmada olan 7.62 mm çaplı RPK-74 pulemyotunu əvəzləyəcək.