21/04/2017 13:57

Rumıniya Ordusu “Patriot” alır

Rumıniya ABŞ-dan “Patriot” zenit-raket kompleksləri (ZRK) satın almağı planlaşdırır.

“AzeriDefence”in xəbərinə görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi “Patriot” ZRK-nin Rumıniya hava məkanının çox təbəqəli müdafiə sisteminin bir parçası olduğunu və bu tədarükün reallaşdırılması üçün bütün variantları dəyərləndirdiklərini vurğulayıb.

Qeyd edək ki, “Raytheon” şirkətinin istehsalı olan “Patriot” sisteminə hazırda dünyanın 13 ölkəsi sahibdir.