16/10/2012 08:16

Rus hərbi donanması Ka-62 helikopterlərinə keçir

Rusiya Hərbi Dəniz Qüvvələri 2014-cü ildə Ka-62 “Kasatka” helikopterinin dəniz versiyasını qəbul edəcək. Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən məlumat verib.

Yeni helikopterlərin taktik-texniki tapşırıqları cari ilin sonuna hazır olacaq və Kamov şirkətinə veriləcək. Helikopterlər kiçik gəmilərdə, xüsusən 20380- layihəli (su basımı 2,5 min ton) korvetlərdə yerləşdiriləcək. Yeni helikopterdə bükülən vint tiyələrinə və quyruğa malik olacaq.