16/05/2017 14:42

Rus Ordusu Т-72B3 tanklarının modernizə edilmiş nümunələrini silahlanmaya qəbul edib

Т-72B3 tankının modernizə edilmiş növbəti 20 ədədi birinci tank ordusunun silahlanmasına daxil olub.

“AzeriDefence” Rusiya mətbuatına istinadən məlumatına görə, modernizə edilmiş T-72B3 tankları m tam komplektləşdirilib. Texnikanın atış gücü iki dəfə artıb.

Modernləşdirilmiş Т-72B3 tankı 1130 at gücündə daha güclü mühərriklə təchiz edilib. Həmçinin texnikanın silah kompleksi təkmilləşdirilib. Müasirləşdirilərkən döyüş texnikasının daxilində ekran quraşdırılıb ki, bu da tankın arxasında yerləşdirilən kamera üçün nəzərdə tutulub.

Rusiya Quru Qoşunlarının baş komandanı general-polkovnik Oleq Salyukov qeyd edib ki, orduda silah və hərbi texnikanın müsasirləşdirmə işləri davam etirilir.

“Hazırda ordunun 50% tankları modernizə edilib. Müasir tankların alınması prosesi də davam etdirilir. 2020-ci ilə qədər ordunun 70%-i müasir tanklarla təmin ediləcək”, – deyə general qeyd edib.