20/04/2013 11:57

Rusiya Abxaziyada yeni texnikalar yerləşdirir

Rusiya Abxaziyadakı hərbi kontingentinin silahlanmasına 40 ədəd yeni BTR-82A tipli zirehli transportyor daxil edəcək. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Rus Ordusunun silahlanmasındakı BTR-80 və BTR-80A tipli zirehli transportyorların dərin müasirləşdirilmiş versiyası olan BTR-82A öz sələflərini bütün göstəricilərdə praktik olaraq üstələyir. BTR-82A zirehli maşını daha güclü mühərrikə malikdir. Müasir müşahidə və tuşlama sistemləri tətbiq olunub.

Zirehli maşında həmçinin qəlpələrə qarşı müdafiə və kondisioner qurulub. Komanda idarəetməsini yaxşılaşdırılması məqsədi ilə maşın beşinci nəsil müasir rabitə vasitələri və “Trona-1” topoqrafiya səmt sistemi ilə təchiz edilib.