11/11/2015 10:00

Rusiya Abxaziyadakı hərbi birləşməsini yeni naviqasiya sistemi ilə təmin edib

Rusiya Gürcüstandan ilhaq edilən Abxaziyada radio elektron qoşun birləşmələrinin texnika parkını genişləndirir və müasir texnologiyaların tətbiqinə başlayır.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Rusiyanın Abxaziyada dislokasiya olunan hərbi birləşmələri 70 ədəd KamAz üzərinə inteqrasiya olunan R-419-L1 sputnik naviqasiya sistemi ilə təmin olunublar.

Bundan başqa ilin əvvəlində isə Abxaziyadakı Rusiya hərbi birləşmələrinə 60 ədəd daşınan “Akveduk-0,5U(S)» stansiyaları da verilib.

Yeni texnikalar artıq Cənub Hərbi Dairəsinin birgə təlimlərində də istifadə olunub.