20/08/2018 14:57

Rusiya amfibiya xüsusiyyətinə malik yüngül tank hazırlayıb – FOTO

Rusiyanın “Rosoboroneksport” Dövlət Konserni “Sprut-SDM1” adlı amfibiya xüsusiyyətlərinə malik yüngül tankını silah bazarına çıxarıb.

Bu barədə “AzeriDefence”yə “Rosoboroneksport” Dövlət Konserninin mətbuat xidmətindən mlumat verilib.

“Traktor Zavodları” Konserni tərəfindən istehsal olunan “Sprut-SDM1” hərəkət məhdudiyyəti olan ərazilərdə istifadə və döyüş aparılması üçün nəzərdə tutulur.

““Sprut-SDM1” bir sıra cənub-şərqi Asiya dövlətləri böyük maraq göstərir”, – deyə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirdi.

“Sprut-SDM1” bölmələrin atəş dəstəyi, zirehli texnikayla mübarizə, rəqibin dayaq məntəqələrinin və tikililərinin məhv edilməsi, qoşun kəşfiyyatının və döyüş mühafizəsinin aparılması üçün nəzərdə tutulur.

“Sprut-SDM1” yüngül tankın silahlanmasına 125 mm-lik top, 7,62 mm-lik distans idarə olunan pulemyot daxildir. Bundan başqa, döyüş maşını 5 km uzaqlıqda dinamik müdafiə ilə təchiz edilmiş zirehli hədəflərin məğlubiyyəti üçün nəzərdə tutulmuş idarə olunan raket silahlarına sahibdir.