17/03/2013 06:42

Rusiya Azərbaycana döyüş helikopteri və zenit-raket kompleksi satıb

Rusiya 2011-ci ildə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə silah və hərbi texnika satışı həyata keçirib. Bu barədə “AzeriDefence.com” saytı BMT Adi Silahlar Registrinə istinadən məlumat verib.

Hesabat dövründə Rusiya postsovet ölkələrindən Qazaxıstana 3 ədəd BMPT “Terminator”, 8 ədəd BTR-80A tipli zirehli döyüş maşını, 3 ədəd TOS-1 tipli artilleriya sistemi, Azərbaycana 4 ədəd Mi-35M tipli döyüş helikopteri, 600 ədəd daşınan zenit-raket kompleksi (100 ədəd buraxıcı sistem və 500 raket), Türkmənistana 2 ədəd 12418 layihəli raket kateri, 32 ədəd daşınan zenit-raket kompleksi (8 buraxıcı və 24 raket) satıb.