19/04/2018 17:37

Rusiya Baş Qərargah rəisi ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Bakıda görüşdü

Bu gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti ilə görüşüb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Danışıqların gedişatında tərəflər Avropa regionunda NATO-un və Rusiyanın hərbi fəaliyyəti məsələlərini, o cümlədən etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər.

Tərəflər beynəlxalq terrorizmlə mübarizədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.