10/07/2019 13:37

Rusiya Baş Qərargah rəisi ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Bakıda görüşəcək

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana rəsmi səfərə gəlib.

“AzeriDefence”nin Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycanda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolterslə görüşəcək.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin səfər çərçivəsində Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə də görüşləri planlaşdırılıb.