11/10/2012 11:55

Rusiya beşinci nəsil təyyarələrin ixracına 2020-ci ildən sonra başlayacaq

Rusiya beşinci nəsil döyüş təyyarələrinin ixracat versiyasının seriyalı istehsalına 2020-ci ildə başlamağı planlaşdırılır. “AzeriDefence”nin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Hindistanda səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bildirib.

Nazir böyük ehtimalla yeni nəsil təyyarələrin ilk olaraq Hindistana satılmasını istisna etməyib. O, müvafiq texniki-taktiki tapşırıqların Rusiya və Hindistanın müdafiə nazirləri tərəfindən təsdiq edildiyini vurğulayıb.