07/02/2018 16:52

Rusiya BMP-3F-lərin yeni partiyasını İndoneziyaya tədarük edir

Rusiya BMP-3F piyada döyüş maşınının növbəti partiyasını İndaneziyaya təhvil verməyə hazırdı.

“AzeriDefence” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Mixail Petuxov deyib.

İndoneziyanın əvvəlki kimi Asiya və Sakit Okean regionunda Rusiyanın əsas tərəfdaşlarından olduğunu deyən M. Petuxov qeyd edib ki, BMP-3F-lərin çatdırılması Rusiya və İndoneziya arasındakı hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilir.

İndaneziya PDM-3F zirehli maşınları ilə dəniz piyada qoşunlarını gücləndirmək niyətindədir.