10/11/2017 09:27

Rusiya Cənub Hərbi Dairəsinin silahlandırılmasını davam etdirir

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına yeni, müasirləşdirilmiş silah və texnikaların çatdırılmasını davam etdirir.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, 2012-2017-ci illər ərzində CHD-nin silahlanmasına 200-dən artıq aviasiya texnikaları və HHM sistemləri qəbul edilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının parkına həmçinin Su-25SM, Su-27SM, Su-30SM, Su-34 döyüş təyyarələri, Mi-8AMTŞ-ı “Terminator”, Ka-52 “Alliqator”, Mi-28N “Gecə ovçusu” döyüş helikopterləri və Mi-26 nəqliyyat helikopterləri daxil edilib.

Bundan başqa, Cənub Hərbi Dairəsi “Triumf”, “Tor-M2”, “Buk-M2”, “Buk-M3”, S-300V4, “Pansir-S” tipli ən yeni zenit-raket kompleksləri ilə silahlanması davam edir.

Məlumatda o da qeyd olunub ki, Cənub Hərbi Dairəsinin HHQ və HHM qoşunlarının döyüş imkanları 2012-ci il ilə müqayisədə 3 dəfədən çox artırılıb. 2020-ci ilin sonuna qədər CHD-nin quru, dəniz və aviasiya qoşunlarına 70%, bəzi nümunələr üzrə 100%  silah və hərbi texnikanın müasir nümunələrinin çatdırılması planlaşdırılır.