15/10/2015 12:20

Rusiya cənubdakı qoşunlarını yeni radioelektron mübarizə vasitələri ilə silahlandırır

"Moskva-1"

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi yeni radioelektron mübarizə sistemləri ilə gücləndirilir.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Nazirliyin açıqladığı məlumata görə, bu il dairənin hərbi hissələrinin silahlanmasına 20 yeni radioelektron mübarizə kompleksi daxil ediləcək. Cari ilin sonunadək Cənub Hərbi Dairəsi iki kompleks “Moskva-1” radio elektron kəşfiyyat vasitəsi alacaq.

ьгкьфтыл

Murmansk-BN

“Moskva-1” sistemi hava məkanını skan etməyə və radioaktiv elementlərlə təchiz edilmiş texnikanı, həmçinin passiv radiolokasiya rejimində rəqibin mərmilərini aşkar etməyə imkan verir.

Kompleks 400 kilometrə qədər məsafədə hədəfləri “görməyi” bacarır. Kompleksin heyəti 4 nəfərdən ibarətdir və chiaz 4 dəqiqə ərzində hazır vəziyyətə gətirilə bilir.

Bu il Cənub Hərbi Dairəsinin radioelektron mübarizə bölmələri həmçinin “Murmansk-BN” radioelektron mübarizə sistemlərinə sahib olub. Bu sistem ehtimal edilən rəqibin qüvvələrinin idarəetməsini pozmaq üçün nəzərdə tutulur. Bu sistem 5 min km radiusa malikdir.

Qeyd edək ki, Rusiyanın Cənubi və Şimali Qafqazdakı, habelə Qara dəniz sahilindəki hərbi hissələri Cənub Hərbi Dairəsi komandanlığına tabedir.