11/03/2015 17:30

Rusiya cənubdakı qoşunlarını yeni kəşfiyyat RLS ilə silahlandırır

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) artilleriya bölmələrinin “Aistenok” yeni kəşfiyyat radiolokasiya kompleksləri ilə təchiz olunnasına başlanıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə CHD-nin mətbuat xidməti məlumat yayıb.

“Aistenok” kompleksi 200 metrdən 20 kilometrə qədər uzaqlıqda “tank” tipli yerüstü hədəfləri aşkar edir. Aşkar etmənin maksimal uzaqlığı radiolokasiya görünüşü olduğu halda əldə edilir. Bu halda 2,5-60 km/saata qədər hərəkət edən tankların 0.8% ehtimalla aşkar edilməsi təmin olunur.

“Aistenok” RLS-nin ümumi çəkisi 135 kiloqram təşkil edir, o rəngli ekranla və radiostansiyayla təchiz edilib.