29/01/2013 11:06

Rusiya daha 3 ədəd “Buyan-M” layihəli raket gəmisi tikəcək

Rusiyanın Müdafiə Nazirliyi Birləşdirilmiş Gəmiqayırma Şirkəti (OSK) ilə 21631 “Buyan-M” layihəli üç kiçik raket gəmisinin tikintisinə dair müqavilə imzalayacaq. Bu barədə “AzeriDefence” “İzvestiya” qəzetinə istinadən məlumat verib.

Gəmilərin tikintisinə dair danışıqlar keçən ilin sonunda başlanıb. Gəmilər Zelenodolskdakı zavoda inşa olunacaq. Tikintinin getdiyi dövrdə daha 2 gəminin də sifariş olunması ehtimalı mövcuddur.

Gəmilərin Xəzər və ya Qara dəniz flotiliyasına veriləcəyi hələlik məlum deyil. Bu gəmilər “Kalibr” raket kompleksi ilə silahlandırılacaq.