21/04/2015 10:51

Rusiya desant qüvvələri Xəzərin Dağıstan istiqamətində təlimlər keçirir

Rusiya Xəzərin özlərinə aid olan hissəsində hərbi təlimlərə başlayıb. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, təlimlər Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd Dağıstan Respublikası ərazisində yerləşən “Skorpion” və “Adanak” hərbi poliqonlarında keçirilir.

Təlimlərdə dəniz piyadaları və Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki divizionunun desant daşıyan qayıqları iştirak edir.

600-dən artıq canlı qüvvənin, bir “Ataman” və dörd ədəd “Serna” tipli desant qayığın, o cümlədən Hərbi Dəniz Qüvvələrinin 50 müxtəlif təyinatlı döyüş texnikasının cəlb olunduğu təlimlərdə məqsəd qüvvələrin quru əraziyə çıxışını və mövqe tutmaları bacarıqlarını təkmilləşdirməkdir.