06/01/2018 12:21

Rusiya donanmasının yeni döyüş gəmisi suya endirilib

Rusiya Hərbi Dəniz Qüvvələrinin istismarına 11356 layihəli “Admiral Makarov” adlı yeni freqat verilib.

Bu barədə “AzeriDefence” TASS xəbər agentliyinə istinadən məlumat verib.

“Yantar” gəmiqayırma zavodunda inşa olunan “Admiral Makarov” freqatı Sevastopolda xidmət aparacaq.

“Severnoye” Dizayn Bürosu tərəfindən 2012-ci il fevralın 29-da əsası qoyulmuş “Admiral Makarov” freqatının inşasına 2015-ci il sentyabrın 2-də başlanıb.

Qeyd edək ki, bu Rusiya donanması üçün “Yantar” tərsanəsində inşa edilən 3-cü 11356 layihəli freqatdır. Dövlət proqramı çərçivəsində donanma 8 ədəd 22350 və 6 ədəd 11356 markalı freqatlarla təchiz ediləcək.