30/03/2018 12:30

Rusiya Ermənistana yeni silahlar göndərəcək

Rusiya bu il Ermənistana yeni silaların çatdırmasına başlayacaq.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov İrəvanda keçirilən “ArmHiTec 2018” müdafiə sərgisində jurnalistlərə bildirib.

Çatdırmalar hələ keçən ilin oktyabrında Ermənistan hökuməti tərəfindən təsdiq edilmiş və dekabrda parlament tərəfindən bəyənilmiş 100 milyon dollarlıq kredit çərçivəsində həyata keçiriləcək.

” Kredit çərçivəsində 2018-ci ildə silahların çatdırılması nəzərdə tutulub”, – deyə Vladimir Drojjov qeyd edib.

Xatırladaq ki, razılaşmaya əsasən, Rusiya 100 milyon ABŞ dolları dövlət ixrac kreditin Ermənistana 20 il müddətinə verir. Müqaviləyə əsasən 20 il müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Bundan əvvəl, Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib. Bu kredit xətti üzrə çatdırmalar 2017-ci ilin sonunda başa çatmışdır.