29/12/2015 16:15

Rusiya Ermənistanda və Abxaziyada hərbi potensialını artırır – SİYAHI

Rusiya Ordusunun Cənub hərbi dairəsi son 3 il ərzində 4,4 min yeni və modernləşdirilmiş təyyarə, helikopter, suüstü və sualtı gəmilər, avtomobil texnikası, raket-artilleriya silahları, rabitə texnikası, radioelektorn mübarizə vasitələri, o cümlədən mühəndis-istehkam qurğuları və radiolakasiya sistemləri ilə təchiz olunub.

“AzeriDefence”in Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, Ermənistanda və Abxaziyada dislokasiya olunan motoatıcı briqada və hərbi bazaların zirehli texnika parkı – döyüş maşınları tam olaraq, yenilənib və modernləşdirilib. Adıçəkilən bölmələrdə T-72BM, T-90A tankları, BMP-3 və BTR-82A zirehli maşınları modernləşdirilib.

Bu ilin sonunda isə bölmələr “Tiqr” və “Tayfun” zirehli maşınları ilə təchiz olunub.

Cənub hərbi dairəsinin artileriya birləşmələri isə “Tornado-Q” reaktiv atəş sistemləri, “Xosta” özüyeriyən artilleriya qurğusu, “Mista-S” haubiça və digər avtomatlaşdırılmış silah sistemlərini arsenala qəbul ediblər.

Raket bölmələrinin silahlanmasına isə “İskander-M” taktik-raket kompleksi verilib.

Bundan başqa hərbi dairənin silahlanmasına S-400 “Triumf” və “Pançir-S” zenit-raket kompleksləri də qəbul olunub.

Aviasiya bölmələri isə Su-34, Su-30SM, modernləşdirilmiş Su-24M və Su-25SM3 döyüş və bombardımançı təyyarələri təchiz edilib.

Hərbi dairənin helikopter parkı da zənginləşdirilib. Belə ki, Мi-28N “Noçnoy oxotnik”, Мi-35M “Krokodil”, Ка-52 “Аlliqаtоr”, Мi-8АМТş “Теrminаtоr” helikopterləri bölmələrin texnika parkına əlavə olunub.

Bölmələrdə pilotsuz uçuş aparatlarının (PUA) da artırılıb. Birləşmələr “Qruşa”, “Orlan”, “Qranat”, “Zastava”, “Leer” və “Forpost” PUA-larla təchiz edilib.

Nazirliyin məlumatında bildirilib ki, 2020-ci ilin sonuna qədər Cənub hərbi dairəsi texnika və silah arsenalını 70-100 faiz arasında yeniləməyi planlaşdırır.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı hərbi qüvvələrini yeni zərbə və nəqliyyat helikopterləri ilə silahlandırması ilə bağlı xəbər bir müddət əvvəl də açıqlanmışdı. “AzeriDefence”nin məlumatına görə, bu günlərdə Ermənistanda Erebuninin hərbi bazasına Krasnodardan 6 ədəd Mi-24P zərbə və 6 ədəd Mi-8MT nəqliyyat helikopteri gətirilib.