22/08/2017 18:27

Rusiya Ermənistanda yerləşən hərbi bazasında təlimlərə başlayıb

Rusiya Cənub hərbi dairəsinin Ermənistanda yerləşən hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri, düşmənin arxa cəbhəsinə güc qüvvələrinin göndərməsi hərəkətlərinə uyğun təlimlərə başlayıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlim tədbirlərinə hərbi aviasiyanın Mİ-24P döyüş helikopterləri və Mi-8MT hərbi-nəqliyyat helikopterləri, Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşmələrinin pilotsuz uçan aparatları cəlb edilib.

Hazırlıqların gedişatında təlimatçıların rəhbərliyi altında xüsusi təyinatlı qruplar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə “Kamxud” və “Alaqyaz” yüksək dağ poliqonlarında şərti düşmənin arxa cəbhəsinə enmə və desantlama qaydalarını öyrənir və praktiki məşq edirlər.

Həmçinin pilotlar və xüsusi təyinatlılar düşmənin arxa cəbhəsinə qrupun standart çıxışı zamanı qarşılıqlı əlaqə üzərində işləyir və şərti düşmənin aşkarlanması üzrə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetirirlər.