29/10/2015 14:54

Rusiya Ermənistandakı hərbi bazasını yeni PUA-larla gücləndirir

Rusiya Ermənistandakı hərbi bazasını “Orlan-10” pilotsuz uçuş aparatları (PUA) ilə təchiz edib.

Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Yeni PUA ətraf ərazidə, əsasən dağlıq bölgədə müşahidə-kəşfiyyat işlərini həyata keçirəcək.

Hazırda hərbi bazanın istifadəsində “Navodçik-2”, “Qranat”, “Zastava” və “Leer” PUA-ları mövcuddur.