12/02/2014 07:13

Rusiya Ermənistanda PUA-ların sınaqlarına başlayıb

Rusiya Ermənistandakı 102-ci bazada “Navodçik-2” tipli pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarına başlayıb. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Sınaq uçuşları gecə və gündüz müxtəlif iqlim şəraitində aparılır.

“Qranat” PUA sinfinə aid olan “Navodçik-2” kəşfiyyat və xüsusi məsələləri yerinə yetirmək üçün istifadə olunur.