27/05/2015 16:58

Rusiya Ermənistandakı bazasının silahlanmasına yeni REM kompleksi daxil edib

Rusiya Ermənistandakı hərbi bazasının silahlanmasına BTR-80 zirehli transportyorun bazasında “İnfauna” radioelektron mübarizə vasitəsi (REM) daxil edib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni texnika ilə iyun ayından etibarən şəxsi heyətin təliumləri keçiriləcək.

Geniş diapozonlu, yüksək sürətli radio kəşfiyyatının aparılması üçün nəzərdə tutulan “İnfauna” eyni zamanda şəxsi heyətin və obyektlərin radiosiqnallarla idarə olunan mina-partlayıcı qurğulardan mühafizəsi, rəqibin optic və radiotexniki kəşfiyyat vasitələri ilə mübarizə aparmaq imkanına malikdir.

“İnfauna” REM kompleksinin növbəti partiyası isə 102-ci bazanın silahlanmasına cari ilin sonuna qədər daxil olacaq.