20/01/2018 14:41

Rusiya Federal Təhlükəsizlik Xidməti yeni snayper tüfəngləri alacaq

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidməti yeni “Toçnost” adlı snayper tüfəngləri alacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.

7.62×51 mm (.308 Winchester) və 8,6×70 mm (.338 Lapua Magnum) çaplı patronlarla dəstləşdirilən “Toçnost” snayper tüfənginin cari ildə Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin silahlanmasına verilməsi planlaşdırılıb.

Yeni “Toçnost” modeli  “Orsis T-5000” tüfəngi əsasında yaradılıb. “Toçnost” versiyasına təxminən 210 konstruktor dəyişikliyi edilib. Modulyar optik nişangah və lazer məsafəölçənlə təchiz edilən snayper tüfəngi 5-10 patron tutumlu daraqla dəstləşdirilir. Silah istənilən saatda və hava şəraitində 1,5 km məsafədə düşməni məhv etmək imkanına malikdir.

Məlumatda o da qeyd olunub ki, Dövlət Mühafizə Xidməti və Federal Təhlükəsizlik Xidmətinin (FSB) digər orqanlarının da yaxın gələcəkdə “Toçnost” snayper tüfəngi ilə təchiz ediləcək.