27/09/2016 17:01

Rusiyanın hərbi gəmisi Bakıya səfərə gəlib – FOTOLAR

Bu gün Rusiyanın Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Rusiyanın nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Ziyarətdən sonra kontr-admiral Sergey Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.

Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də ADEX-2016 İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

uqlic2 uqlic3 uqlic4 uqlic5 uqlic6 uqlic8