27/02/2017 17:01

Rusiyanın hərbi aviasiya parkı yeni təyyarə və helikopterlərlə gücləndiriləcək

Bu il Rusiya Silahlı Qüvvələrin hərbi aviasiya parkına 160 müxtəlif təyinatlı texnikalar daxil ediləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Hərbi Kosmik Qüvvələri (HHQ) komandanı Viktor Bondarevin açıqlamasında bildirilib.

O deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələrin texnika parkına 2017-ci il ərzində 140 təyyarə və helikopter qəbul ediləcək.

Hərbi Dəniz Qüvvələrinin aviasiya bazasına daxilolmalar da nəzərə alınarsa, bütövlükdə 160 hərbi təyyarə və helikopter ordunun silahlanmasında yer alacaq.

V. Bondarev onu da qeyd edib ki, Rusiya Hərbi Kosmik Qüvvələrindəki təchizatın böyük qismi təkmilləşdirilib, yeni təchizatların nisbəti yüzdə 55-ə çatdırılıb.