08/01/2018 17:35

Rusiya HKQ ötən il silahlanmaya 70-dən çox RLS daxil edib

Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) radiotexnika qoşunları 2017-ci ildə 70-dən çox yeni radiolakasiya sistemi (RLS) ilə təchiz olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlanmaya yeni qəbul edilən RLS-lər arasında orta və uzaq mənzilli “Nebo-M”, orta və uzaq mənzilli “Protivnik”, yaxın mənzilli “Vsevısotnıy obnarujitel”, “Sopka-2”, “Kasta-2-2”, “Qamma-S1”, həmçinin “Fundament” və s. yer alır.