17/10/2014 07:34

Rusiya hərbi gəmiləri Bakıda – FOTOLAR

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri Bakıya rəsmi səfər edib.
“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumat görə, hərbi orkestrin müşaiyəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri qarşılayıb.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan R Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.