30/08/2017 20:55

Rusiya ilk kamikadze PUA-nı hazırlayır

Rusiya hərbi sənayesi 50 kiloqramadək döyüş başlığı daşıya bilən “gəzən sursat”ın (kamikadze PUA) ilk nümunəsini hazırlayıb.

Bu barədə “AzeriDefence” “RİA Novosti”yə istinadən məlumat verib.

Layihə 3 il ərzində “VAİS Texnika” və “Aviaavtomatika” eksperimental dizayn bürosunun əməkdaşlığı çərçivəsində hazırlanıb.

Məlumatda qeyd olunub ki, 15, 25, 50 və 100 kiloqram çəkidə “gəzən sursat”ların döyüş radiusu 20 km-dən 100 km-dək olacaq.

Məmulatın uzunluğu 2 metrədəkdir. Sursat 7, 17, 25 və 50 kiloqram qəlpəli döyüş başlığı daşıyacaq.

“Gəzən sursat” uçuşu zamanı inersial və peyk naviqasiyasından istifadə edir. Sursatın hədəfə yönəlməsi lazer nöqtələmə, həmçinin videomodulyasiya vasitəsi ilə həyata keçirilir.