29/08/2017 16:37

Rusiya “İsgəndər-M” ZRK-nın növbəti sınağını keçirir

Rusiya “İsgəndər-M” zenit raket kompleksinin (ZRK) növbəti sınağını keçirəcək.

“AzeriDefence” xəbər verir ki, bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Cənub hərbi dairəsinin birləşmələri Həştərxan vilayətində yerləşən “Aşuluk” polioqununda “İsgəndər-M” ZRK-nin sınaq atışların həyata keçirmək üçün artıq yola düşüblər.

Döyüş hazırlığı tədbirləri çərçivəsində, “Aşuluk” polioqununda “İsgəndər-M” ZRK şərti düşmən hədəflərinə raket zərbələri endirəcək.

Plana uyğun olaraq, keçiriləcək sınaq təlimlərində ən azı 10 döyüş tapşırığı yerinə yetiriləcək. Həmçinin şərti olaraq düşmənin kəşfiyyat-diversiya qrupunun hücumu, ərazidə yerləşdirilmiş düşmən hədəflərinin raket zərbələri ilə vurulması tapşırıqları icra ediləcək.

Qeyd olunub ki, bu təlimə 400-dən çox hərbi qulluqçı və 100-ə yaxın hərbi texnika cəlb edilib.