03/10/2017 18:27

Rusiya işlənmiş “MiQ-29” döyüş təyyarələrini Serbiyaya verir

Rusiya ödənişsiz olaraq Serbiyaya 6 ədəd işlənmiş “MiQ-29” döyüş təyyarəsi verir.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, Serbiyanın işlənmiş “MiQ-29” döyüş təyyarələrinə modernizə və yenilənmə işləri üçün təxminən 236 milyon ABŞ dolları xərcləyəcəyi nəzərdə tutulur.

Döyüş təyyarələrinin Belqrada təhvil verilməsinin 2017-ci il oktyabrın 20-nə qədər başa çatdırılması planlaşdırılır.

Serbiya prezidenti Aleksandr Vuciç ötən gün çıxışı zamanı bildirib ki, bu addımların atılması ölkənin hava hücumundan müdafiə qabiliyyətlərini artırmaq məqsədi daşıyır. Aleksandr Vuciç bu çərçivədə həmçinin, Rusiya ilə “S-300” sistemlərinin tədarükü ilə bağlı danışıqlar apardıqlarını da qeyd edib.