05/12/2014 12:29

Rusiya JF-17 təyyarələri üçün Pakistana mühərrik satacaq

Rusiya Pakistana JF-17 “Thunder” döyüş təyyarələri üçün RD-93 mühərriklərini birbaşa satmağa hazırdır. “AzeriDefence”nin məlumatına görə, bunu “İHS Janes” nəşrinə açıqlamasında Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.

Nazirin sözlərinə görə, Rusiya və Pakistan arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsi Rusiyadan RD-93 mühərriklərinin birbaşa almasına imkan verəcək.

Qeyd edək ki, Çin və Pakistan birgə istehsalı olan JF-17 “Thunder” təyyarələri Rusiya istehsalı olan RD-93 mühərriki ilə təchiz edilir. Mühərriklər Çin vasitəsi ilə Rusiyadan alınır.