07/09/2017 12:32

Rusiya Ka-62 helikopterini nümayiş etdirir

Ka-62

Rusiyanın “Vertolyot Rossii” şirkəti yeni Ka-62 çoxməqsədli helikopterini nümayiş etdirir.

“AzeriDefence”nin “Vertolyot Rossii” şirkətinə istinadən verdiyi məlumata görə, 6-7 sentyabr tarixlərində Vladivostokda keçirilən üçüncü Şərq İqtisadi Forumunda yeni Ka-62 helikopteri təqdim edilib.

Ka-62 helikopterləri sərnişin daşınmaları, tibbi yardım xidmətləri, axtarış-xilasetmə, mühafizə polisi və ətraf mühitin monitorinq missiyaları üçün nəzərdə tutulub. Ka-62 maksimum uçuş hündürlüyü və güc mühərrikləri sayəsində xüsusilə dağlıq ərazilərdə axtarış-xilasetmə və evakuasiya missiyaları üçün effektiv bir vasitə kimi təqdim olunur.

İlk prototipi 2013-cü ildə təqdim olunan Ka-62 helikopteri ilk uçuşu 2016-ci ilin aprelində reallaşdırıb.

1175 at gücündə iki ədəd “Turbomeca Ardiden 3G” mühərriki ilə təchiz edilmiş helikopterin sürəti 310 km/saat, kreyser sürəti 290 km/saat, statik tavanı 3800 metr, praktiki tavanıı 3200 metr, maksimal uçuş məsafəsi 720 km təşkil edir.

Qeyd edək ki, Azərbaycan Rusiya istehsalı olan Ka- 62 və “Ansat” helikopterləri ilə maraqlanır.