24/05/2012 09:09

Rusiya “Korşun” mina detektorlarını silahlanmaya qəbul edir

Rusiya mühəndis-istehkam bölmələrini “Korşun” tipli yeni mina detektorları ilə təchiz etməyə başlayıb. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

İlk olaraq yeni detektorlar Şərq Hərbi Dairəsinin mühəndis qoşunlarına verilib.

Yeni detektorların unikallığı onlara 30 metrədək uzaqlıqda, torpaq, qar, müxtəlif konstruksiyaların arxasında gizlədilmişt partlayıcı qurğuları aşkar etməyə imkan verir.