07/05/2018 17:16

Rusiya MiQ-31 təyyarələrini “Kinjal” raketi ilə silahlandırıb

Rusiya Hava Kosmik Qoşunlarının 10 ədəd MiQ-31 döyüş təyyarəsi “Kinjal” hipersonik raketi ilə silahlandırılıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə müdafiə nazirinin müavini Yuri Borisov məlumat verib.

Yuri Borisov bildirib ki, müasir “Kinjal” hipersonik raketi hava və raketdən müdafiə sistemlərinə təsir göstərə bilir və çox güclü döyüş potensiala malikdir.

Onun sözlərinə görə, MiG-31 təyyarəsi tələb olunan yüksəkliklərdə lazımi sürətlə raketin atışı üçün ən uyğun variantdır.