08/11/2017 09:44

Rusiya modernləşdirilmiş TOS-1A odsaçanların növbəti partiyasını alır

Rusiya Müdafiə Nazirliyi 10 ədəd modernləşdirilmiş TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi alacaq.

“AzeriDefence” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, baza modeli müasirləşdirilən texnikanın, ilk növbədə atış məsafəsi və dəqiqliyinə diqqət yetirilib. Belə ki, modernizə zamanı TOS-1A sisteminin atış məsafəsi 6 kilometrə qədər artırılıb.

“TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi Suriyada antiterror əməliyyatları zamanı öz effektivliyini sübut edib”, – deyə Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, TOS-1A sistemi yüngül zirehli nəqliyyat vasitələrinin, hədəfdə olan binarların dağıdılması və yandırılması üçün nəzərdə tutulub. TOS-1A düşmənin canlı qüvvələrinin və istehkam tikililərini məhv etmək üçün çox effektivdir. Sistem 2001-ci ildə Rusiya Ordusunun silahlanmasına qəbul edilib. “Solnsepyok” Т-72 tankının şassisi bazasında quraşdırılıb.  Bu da öz növbəsində düşmənin həmlərindən qorunmağa imkan verir.

Hazırda TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Qazaxıstan, İraq və Suriyanın silahlanmasında yer alır.