28/11/2017 09:38

Rusiya “Msta-S” özüyeriyən haubitsaları modernləşdirib

Rusiyanın “Hərbi Sənaye Şirkəti” (VPK) “Msta-S” özüyeriyən haubitsaları təmir və modernizə edib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.

Özüyeriyən haubitsanın müasirləşdirilməsi nəticəsində tezatma və effektiv atış qabiliyyəti artırılıb.

Müasirləşdirilən 2S19M2 “Msta-S”in atış tempi dəqiqədə 10 atəşə çatdırılıb.

Modernləşmə prosesində dəyişikliklər performans xüsusiyyətlərinə də təsir göstərib. Sürücü-mexanikin yeri elektrik blokun və aqreqatların vəziyyəti haqqında informasiyanı operativ almağa imkan verən avtomatlaşdırılmış işləmə kompleksi ilə təchiz olunub. Həmçinin hərbi texnika yeni rabitə vasitələri ilə təmin edilib.