23/11/2017 18:33

Rusiya müəssisəsi aşağı hündürlükdən tullanmaq üçün paraşüt hazırlayır

Rusiyanın “Texnodinamika” şirkəti aşağı hündürlükdən tullanmaq üçün nəzərdə tutulan “Ştrum” paraşütünün sınaqlarını keçirir.

Bu barədə “AzeriDefence” ROSTEX Konserninə istinadən məlumat verib.

Şirkət sınaqların 2018-ci ilin birinci yarısında bitirməyi planlaşdırır.

“Texnodinamika” zavodunun baş direktoru İqor Nasenkov bildirib ki, yeni paraşüt 80 metr hündürlükdən istifadə edilə bilər. “Ştrum” paraşütü holdinqə daxil olan Elmi-Tədqiqat İnstitutunun paraşüt mərkəzi tərəfindən hazırlanır.

Qeyd edək ki, bir müddət bundan əvvəl bildirilmişdi ki, Rusiyanın Hava-Desant Qoşunları Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan D-10 paraşüt sistemlərinin 10 mində çox dəstini alacaq.