06/12/2018 17:14

Rusiya nümayəndə heyəti MSN-in müəssisələrində olub

Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə Rusiya nümayəndə heyəti arasında görüş keçirildi

Dekabrın 6-da Azərbaycanda səfərdə olan Rusiya Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin bətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də olub.

Səfər, bu ilin oktyabrında Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada təşkil edilmiş görüş zamanı əldə olumuş razılığa əsasən həyata keçirilib.