08/01/2018 11:47

Rusiya Ordusu “Balkan” qumbaraatanını bu il silahlanmaya qəbul edəcək

Rusiyanın “Texmaş” Konserni tərəfindən hazırlanan “Balkan” (AQS-40) qumbaraatan kompleksi 2018-ci ildə silahlanmaya qəbul olunacaq.

“AzeriDefence” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Texmaş” Konserninin baş direktoru Vladimir Lepin bildirib.

Baş direktorun sözlərinə görə, qumbaraatan kompleksinin ümumqoşun sınaqlarının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılıb.

Hazırda kompleksin gecə və gündüz nişangah qurğularının və digər elementlər hissəsində təkmilləşdirilmə işləri həyata keçirilir.

“”Balkan” qumbaraatan kompleksi əsas xüsusiyyətlərinə görə, dünyadakı digər analoqlarını geridə qoyub”, – deyə V.Lepin bildirib.

Daha əvvəl “Texmaş” Konserni bəyan etmişdi ki, yeni qumabaraatan kompleskinin atış məsafəsi 2.5 kilometrə qədər artırılıb.

Qeyd edək ki, 40 mm çaplı qumbaralarla atəş açan “Balkan” 2012-ci ildə yaradılıb. “Pribor” Qeyri-Dövlət Təşkilatı tərəfindən qumbaraatan üçün yeni 40 mm-lik 7P39 indeksi verilmiş qəlpəli-qumbaralar hazırlanıb. “Balkan” qumbaraatanı AQS-17 və AQS-30 ilə müqayisədə 25% atış uzaqlığına sahibdir.